AFFA 3 komandaya texniki məğlubiyyət verdi
25.12.2019 , 18:48

AFFA İntizam Komitəsinin (İK) bu gün baş tutan iclasında növbəti texniki məğlubiyyət cəzaları verilib.
Korner.az xəbər verir ki, üç komanda belə şəkildə cəzalandırılıb.
U-13 Liqasının “Keşlə” – “Sahil Futbol Akademiyası” matçında ikincilər təyin olunan vaxtda meydana çıxmayıbsa, U-13 Qızlar Liqasının “Kür” (Samux) – UGİM (Goranboy) görüşündə UGİM-in heyətində yetər say limiti pozulub. Bu üzdən hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – AZZERS oyununda isə AZZERS təyin olunan vaxtda meydanda olmadığından, 0:5 hesablı texniki məğlubiyyət cəzasına məruz qalıb.
