AFFA 2 komandanı çempionatdan kənarlaşdırdı
03.04.2025 , 14:00

AFFA İntizam Komitəsi U-10 Liqasında çıxış edən iki komandanı çempionatdan kənarlaşdırıb.
Korner.az xəbər verir ki, bunlar Ucarın “Lokomotiv” və Kürdəmirin eyniadlı komandalarıdır.
Ucar təmsilçisi “Şamaxı” ilə oyunda təyin edilən vaxtda meydanda olmayıb və 0:3 hesablı texniki məğlubiyyət alıb. Bu, üçüncü dəfə təkrarlandığından, komanda yarışdan uzaqlaşdırılıb.
“Kürdəmir” isə Göyçayın “Çinar” komandası ilə qarşılaşmada meydanda olmayıb və bu, üçüncü dəfə baş verib.
U-13 Liqasındakı “Troya” və “Atletico Baku” texniki məğlubiyyət alıb. “Troya” İOEUGİM ilə matçda meydana çıxmayıb, “Atletico Baku”nun “Zirə” ilə oyununda isə yetərsay olmayıb.
