AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclas keçirilib.
Korner.az-ın məlumatına görə, iclasda “Bakılı ” FK (klubun Azərbaycan I Divizionunda çıxış etmək hüququndan məhrum edilməsi barədə) tərəfindən daxil olmuş müraciətə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Bakılı” FK barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar dəyişdirilsin. Klubun I Divizionda iştirakı təmin olunsun. “Bakılı” FK növbəti dəfə üzürsüz səbəbdən rəsmi oyunlarda iştirak etmədiyi təqdirdə I Divizionda çıxış etmək hüququndan məhrum edilsin.
