AEL – “Qarabağ”: hakim təyinatlar
31.07.2021 , 13:33

“Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində Kiprdə AEL-lə keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, Larnaka şəhərində baş tutacaq matçın baş hakimi isveçli Qlenn Nyuberq olacaq. Ona yerliləri Mahbod Beygi, Andreas Söderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını Boyan Panciç yerinə yetirəcək.
Avqustun 5-i “AEK Arena”da keçirələcək AEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.
