Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” klubunun baş məşqçisi Dik Advokaat “Trabzonspor” ilə keçiriləcək qarşılaşmada “vuran ayağ”ını axtarır.
Korner.az-ın məlumatına görə, holland futbolçu Robin van Persi zədəli olduğuna görə bu qarşılaşmada iştirak etməyəcək.
Təcrübəli məşqçinin qarşısında iki seçim şansı var. Birinci seçim Musa Soudur. İkinci seçim isə Fernandaodur. Əgər Fernandao hücum xəttinin ön hissəsində oynayarsa, o zaman Soun cinahda oynayacağı gözlənilir.
