Hollandiyalı məşqçi Dik Advokaat “Fənərbaxça”dan gedəcək.
Korner.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı mövsümün sonunda İstanbul nəhəngindən ayrılacaq. Bu barədə məlumatı 69 yaşlı mütəxəssisin özü verib.
Qeyd edək ki, Advokaat Vitor Pereyranın istefasından sonra “sarı bülbüllər”in “sükanı arxası”na keçmişdi.
