Aduriz karyerasını başa vurdu
20.05.2020 , 22:23

“Atletik”in futbolçusu Aritz Aduriz karyerasını bitirib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, səhhətindəki problemlər səbəbindən bu addımı atıb.
Qeyd edək ki, 39 yaşlı hücumçu Bilbao təmsilçisində 21-ci əsrin ən yaxşı bombardiridir.
