“Milan”ın 2-ci prezidenti Adriano Qalliani transferin bitməsinə hələ uzun bir zaman qaldığını söylədi.
Korner.az xəbər verir ki, Qalliani italyan mətbuatına açıqlamasında bu fikirləri səsləndirib: “Transfer sentyabrın 1-də bitəcək. Ona qədər uzun bir zamanımız var. Dünya çempionatı səbəbilə heyətimizin 8 futbolçusu hələ məşqlərə başlamayıb. İnzaqi rəhbərliyi altında komandada əla atmosfer yaranıb”.