“İnter”in futbolçusu Adrian Skarlatake Azərbaycan Premyer Liqasının 17-ci turunda “Neftçi” ilə oyundan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb:
– Oyuna çox pis başladıq. Elə buna görə də qapımızda erkən qollar gördük. Daha sonra şanslarımız olsa belə, yararlana bilmədik və məğlub olduq.
– “Neftçi”dən belə oyun gözləyirdiniz?
– Rəqib bizdən çox üstün oyun nümayiş etdirmədi, normal oynadılar. Fikrimcə, pis oynadığımız üçün məğlub olduq.
– Buraxılan qollarda müdafiə xəttinin səhvləri var idi…
– Deməzdim ki, bütün günah müdafiəçilərimizdə oldu. Komanda şəklində yaxşı oynamadıq, Bütün mövqelərdə səhvlərə yol verdik.
– Bəlkə, komandada motivasiya yoxdu?
– Düşünmürəm ki, bu sarıdan əziyyət çəkirik. Sadəcə, bu qarşılaşmada oyunumuz alınmadı.
– Son iki matçda beş xal itirdiniz…
– Vəziyyətimizin pis olduğunu deməzdim. Çünki ən yaxın izləyicimiz olan “Sumqayıt”ı 7 xal qabaqlayırıq.