Adrian Mutu ilə bağlı yeni iddia
16.09.2024 , 14:15
Son iş yeri ÇFR olan Adrian Mutu karyerasını Türkiyədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, rumıniyalı mütəxəssislə “Ankaragücü”nün maraqlandığı iddia olunur.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da “Ankaragücü”də çıxış edir.
Xatırladaq ki, Mutu 2023/2024 mövsümündə “Neftçi”ni çalışdırıb.