Məşhur rumıniyalı futbolçu Adiran Mutu məşqçi karyerasına başlayıb.
39 yaşlı veteran hücumçu “Voluntari”nin baş məşqçisi təyin edilib.
Rumıniya klubu yüksək liqada qalmaq uğrunda mübarizə aparır.
Qeyd edək ki, Rumıniya millisində 73 oyun (33 qol) keçirən Mutu “Çelsi”, “Yuventus”, “Fiorentina” və “Parma” kimi klublarda da oynayıb.
