"İlk oyunda yaxşı nəticə əldə etsək də, bu, hər şeyin həll olunması demək deyil. Uzun fasiləsdən sonra azarkeşlərin önündə oynayacağıq.”
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiıçisi Admir Teli deyib. Sabahkı oyunda komandanı meydana kapitan sarğısı ilə çıxaracaq Admir Teli:
“İlk oyunda hər şey gözlədiyimiz kimi olmadı. Ancaq bu qarşılaşmanı unutmuşuq. Sabahkı oyun haqda düşünürük. Bizi qarşıda daha bir 90 dəqiqə gözləyir. Rəşad Sadıqov həqiqətən də təcrübəli futbolçudu. İstər Rəşad Sadıqovun, istərsə də Maksim Medvedevin olmaması bizim üçün itkidi. Buna baxmayaraq, biz kollektiv oyun sərgiləməyə çalışmalıyıq", – fikirlərini mətbuatla bölüşüb.