“İlk dəfə olaraq çempionatda çıxış edirik və ikinci yeri tutduq. Bizim üçün sevindirici haldır. Rəhbərliyi, komandanı və azarkeşlərimizi təbrik edirəm”.
Korner.az-ın məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.
Baş məşqçi bu gün Topaz Premyer Liqanın 35-ci turunda “Kəpəz”lə oyun (2:2) haqda bunları bildirib: “Çox ağır oyun oldu. 1:1-dən sonra 2-ci qolu buraxmaq ağır gəldi. Ancaq toparlandıq və hesabı bərabərləşdirdik. Yeni mövsüm haqda fikirləşmək olar. Ayrı-ayrılıqda bəzi futbolçularla danışmışıq. Artıq bəzi seçimlər etmişik. Amma ad açıqlaya bilmərəm”
