Adil Şükürov “Şüvəlan”da
16.01.2019 , 22:36

I Divizionda çıxış edən “Şüvəlan”nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Aqil Nəbiyevlə yolları ayıran qəsəbə təmsilçisini bundan sonra Adil Şükürov çalışdıracaq. Mütəxəssislə 5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Şükürov bundan əvvəl “Zirə” Futbol Akademiyasının rəhbəri olub. O, həmçinin “qartallar”ın baş məşqçisi kimi də çalışıb və bu komandaya 2015/16 mövsümündə Topaz Premyer Liqasının gümüş medallarını qazandırıb. Bundan başqa, mütəxəssis 17 yaşlılardan ibarət Azərbaycan millisinin və “Bakı”nın müxtəlif yaş üzrə komandalarını çalışdırıb.
