Topaz Premyer Liqasının VIII turunun son oyununda “Zirə” öz meydanında “Neftçi”ni qəbul edib.
Korner.az-ın məlumatına görə, oyun meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.
Oyundan sonra “Zirə”nin baş məşqçisi Adil Şükürov oyun haqda fikirlərini bölüşüb:
“Şükürlər olsun ki, qalib gəldik. Motivasiya üçün bu qələbə vacib idi. Düşünürəm ki, maraqlı oyun oldu. “Neftçi” yaxşı oynadı. Millinin oyunlarına görə yaranmış fasilədən yararlandıq. Bu qələbə bizim üçün vacib idi
“Neftçi”nin bəzi boşluqları vardı və onları gördük. Çoxlu qol epizodları oldu, yararlana bilmədik. Görüləsi işlərimiz çoxdu. Uğurun ardını gətirməliyik. Biz düşündük ki, “Neftçi” azlıqda qalsa da, qabağa keçməyə çalışacaq. Bizdə də, futbolçularımız yorulmuşdu”.
