“Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqanın 13-cü turunda Bakı “İnter”i ilə heç-heçə etdikləri oyunu (1:1) şərh edib.
Korner.az-ın məlumatına görə, o, komandasının pis oynamadığını deyib:
“İlk olaraq Şəhriyar Xəlilovun ailəsinə, yaxınlarına baş sağlığı verirəm. Oyuna gəldikdə, düşünürəm pis oynamadıq. Əzmkar oynadıq. Sadəcə bəzi qol epizodlarından istifadə edə bilmədik”. (Qol.az)
