“Xəzər Lənkəran” mübariz komandadır. Buna görə də qələbəni çətinliklə qazandıq”.
Korner.az-ın “CBC Sport”a istinadən məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov bu gün Topaz Premyer Liqanın 22-ci turunda “Xəzər Lənkəran”a qalib gəldikləri oyundan (2:0) sonra deyib.
O, qarşıdakı iki turda “Neftçi” və “Qarabağ”la çətin oyunlarının olduğunu vurğulayıb: “Bu oyunlarda xallar qazansaq, turnir cədvəlində daha da irəli gedəcəyik”.
