“Düşünürəm ki, hər iki komandanın ifasında gözəl oyunun şahidi olduq. Sürətli oyun oldu. Furbol səhvlərdən ibarət olan oyundu. Hansı komanda səhvlərdən istifadə edirsə, o da qalib gəlir”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Zirə” komandasının baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının VI turunda “Qəbələ” ilə oyundan sonra keçiriən mətbuat konfransında deyib.
Öz meydanında 0:2 hesabı ilə məğlub olan paytaxt təmsilçisinin çalışdırıcısı sözlərinə belə davam edib:
“Düzdü ,oyunun sonuna yaxın hücuma atılsaq da, əks hücumda qol buraxdıq. Ümumilikdə, komandanın bugünkü oyunun qənaətbəxş hesab etmək olar. Nəticəni unutmalıyıq və gələcək oyunlara hazırlaşmalıyıq. Komanda çalışır ki, qol vursun.
Futboldu, bəzən elə olur ki, top qapıya getmək istəmir. Nvbəti oyunlarda düşünərəm ki, bunu aradan qaldıracağıq. Biz rəqib cərimə meydançasına qədər gəlirik orada həlledici məqamarda səhvlər edirdik. Bunun üstündə işləməliyik.
Komandaya yeni futbolçuların cəlb olunması vacibdi, bunu fikirləşirik. Amma indiki futbolçular da keyfiyyətinə görə seçilib inanırq ki, gələcəkdə yaxşı olacaq.
Bizim üçün hər rəqib xallıqdı. Komandadan çox futbolçu getdi. Yeni futbolçuların adaptasiya üçün vaxt lazımdı. Rəhbərliklə bağlı problemim yoxdu. Onlar hər şeyi başa düşür.
