“Bu gün çempionatımızda ən zəif oyununu keçirdik. Bunun komanda üzvlərinə də bildirdim”.
Korner.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu fikirləri “Zirə”nin baş məşqçisi Adil Şükürov “CBC Sport”a açıqlamasında Adil Şükürov deyib. Gənc mütəxəssis Azərbaycan Premyer Liqasında az öncə bitən “Xəzər Lənkəran”la matçda qələbə qazanmalarına baxmayaraq oyundan narazı qaldığını gizlətməyib: “Şükürlər olsun ki, qalib gəldik. Ancaq buna baxmayaraq, həddindən artıq zəif oynadıq. Bizim komandaya yaraşmayan futbol oynadıq. Bizi qarşıda oyunlar gözləyir. Onlara da yaxşı hazırlaşıb, oyunumuzu da, nəticəni də daha da yaxşılaşdıracağıq”.
Şükürovun fikrincə, fasilədən dərhal sonra meydana buraxdığı cinah yarımmüdafiəçiləri İoqr İvanoviçlə Təmkin Xəlilzadə qələbədə böyük rol oynayıblar: “Komandamızın oyununda ilk növbədə ona görə narazı qaldıq ki, həmişə olan sürət yox idi. İqorla Təmkin meydana girəndən sonra oyunumuz sürətli, hücumlarımız kəsərli alındı. Ancaq ümumilikdə komanda olaraq çox zəif oynadıq”.
