Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”ı məğlub edən “Neftçi” növbəti mərhələyə vəsiqə qazandı.
Korner.az-ın məlumatına görə, “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudov oyundan sonra öz fikrilərini bölüşüb: “Kubok oyununa köklənmək tam başqadır. Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibimiz “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Onlara qarşı oynamaq bizim üçün şərəfdir. İnşallah, “Neftçi” bu il Azərbaycan kubokunu qazanar. Bizim isə qarşıda vacib oyunlarımız var və həmin oyunlara hazırlaşmalıyıq”.
