Bu günlərdə adı seks qalmaqalında hallanan “Sanderlend”li Adam Conson zaminə buraxılıb.
Korner.az-ın məlumatına görə, 27 yaşlı vinger 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olmaqda ithham edilir.
Qalmaqalın detalları aydınlaşana qədər komandanın məşqlərindən azad olunan Conson zamin qarşılığında martın 18-dək azadlıqda olacaq. O, günahsız olduğunu sübut etmək üçün təhqiqat müddətində Derhem polisi ilə əməkdaşlıq edəcəyini bildirib.
