Bir müddət əvvəl “Qəbələ”yə keçəcəyi iddia olunan Andrey Arşavini həbs təhlükəsi gözləyir.
Korner.az-ın məlumatına görə, buna səbəb ulduz futbolçunun əvvəllər vətəndaş nikahında olduğu Yuliya Baranovskayaya aliment ödəməməsidi.
Baranovskaya isə iddia edir ki, Arşavin Londonda onun və üç övladının maddi tələblərini qarşılamaq öhdəliyi götürüb.
Peterburq məhkəməsi Andreyin rəsmi gəlirlərinin yarısını aliment kimi ödəməli olduğuna dair qərar qəbul edib.
