Məşhur türkiyəli baş məşqçi Şenol Günəşin yeni komandası bəlli olub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis bundan sonra “Bursaspor”u çalışdıracaq. Xəbəri klubun rəsmi saytı da təsdiqləyib.
Qeyd edək ki, Günəşin adı bir müddət əvvəl “Qəbələ”ylə də hallanırdı.