Yaponiya millisinin baş məşqçisi Xavier Agirre postundan qovulub.
Korner.az-ın məlumatına görə, buna səbəb Agirrenin “Saraqosa”da işləyərkən oyun alqı-satqısında iştirak etməsidir.
“Hesab etdik ki, bu məsələ DÇ-2018 ərəfəsində milli komandaya mınfi təsir göstərə bilər. Buna görə də, Agirre ilə müqaviləyə xitam vermək qərarına gəldik”, – deyə Yaponiya Futbol Federasiyasının prezidenti Kuniya Dayni bildirib.
Agirre Yaponiya millisinə 2014-cü ildə gətirilmişdi. Onun illik məvacibi 2.45 milyon ABŞ dolları idi.
Xatırladaq ki, Yaponiya yığması bu il keçirilən Asiya kubokunda iştirakını 1/4 final mərhələsində dayandırıb.
