Adem Ljaliç: “Əgər Burak olsaydı…”
09.04.2019 , 11:30

Türkiyə çempionatının 29-cu turunda səfərdə “Rizespor” ilə qarşılaşmadan qalib ayrılan “Beşiktaş” klubunun futbolçusu Adem Ljaliç oyunla bağlı fikirlərini bölüşüb.
Qələbə qazandıqları üçün xoşbəxt olduğunu deyən yarımmüdafiəçi Burak Yılmaz ilə bağlı da danışıb.
“Möhtəşəm qələbə qazandıq. Burak Yılmaz bizim gücümüzə güc qatıb. Daha əvvəl gəlsə, biz indi bu yerlərdə olmazdıq”.
Qeyd edək ki, Adem Ljaliç “Rizespor” ilə görüşdə 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
