Türkiyədə təlim-məşq toplanışında olan "İnter" dünən iki dəfə meydançaya çıxıb.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, səhər məşqində futbolçular əsasən fiziki hərəkətlərin və müəyyən məsafəyə qaçışın yerinə yetirilməsinə diqqət ayırıblar.
Axşam məşqinə isinmə hərəkətləri ilə başlayan “bankirlər” sonradan meydançanın yarısında ikitərəfli oyun keçirib.
Qeyd edək ki, uzun müddətdir zədə üzündən meydançadan ayrı düşən Giorgi Adamiya artıq komandanın sərəncamındadır və gürcüstanlı futbolçu fərdi proqram əsasında məşq edir.
