Adama Traore “Vest Hem”də!
28.01.2026 , 15:00
“Vest Hem” heyətini İspaniya millisinin üzvü Adama Traore ilə gücləndirib.
Korner.az xəbər verir ki, London təmsilçisi 30 yaşlı vingeri Premyer Liqanın digər klubu “Fulhem”dən transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Keçidin maliyyə şərtləri isə açıqlanmayıb.
“Barselona”nın yetirməsi olan Traore İngiltərə Premyer Liqasında 2015-ci ildən çıxış edir.