Adam Buksanın yeni klubu
11.07.2024 , 15:20

Ötən mövsüm “Antalyaspor”da icarə əsasında çıxış edən Adam Buksanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Danimarkada davam etdirəcək.
O, sözügedən ölkənin “Midtyulland” klubuna transfer olunub.
“Midtyulland” 27 yaşlı hücumçu üçün “Lens”ə 4 milyon avro ödəyib.
Ötən mövsüm “Antalyaspor”la Super Liqada 33 matça çıxan Adam Buksa 16 qol vurub, 2 məhsuldar ötürmə edib.
