AÇIQLAMA: Mourinyo “Mançester Yunayted”dən gedir?
08.12.2018 , 10:24

Xorxe Mendes meneceri olduğu Joze Mourinyonun “Mançester Yunayted”dən ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
O, portuqaliyalı mütəxəssisin İngiltərə klubundan getmək fikrinin olmadığını deyib:
“Mourinyo “Mançester Yunayted”də xoşbəxtdir. O, bütün diqqətini komandaya yönəldib. Bu xəbərlər yalandır. Jozenin klubu ilə uzunmüddətli müqaviləsi var. Rəhbərlik də ondan məmnundur.Burada uğurlar qazanmaq üçün çalışır”.
Qeyd edək ki, Mourinyonun “Real”ı çalışdıra biləcəyi iddia olunurdu.
