Cüdo

Açıq Avropa turnirinə yekun vuruldu

14.02.2022 , 15:56

Dünyanın 26 ölkəsindən 321 idmançının qatıldığı, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirinə yekun vuruldu.

Korner.az xəbər verir ki, iki gün davam edən turnirdə ölkəmizi milli yığmanın ehtiyat üzvləri olan 18 cüdoçu təmsil edərək medallar və reytinq xalları uğrunda mübarizə apardılar.

Yarışın birinci günündə 60 kq. çəki dərəcəsində mübarizə aparan idmançılarımız Turan Bayramov və Samir Piriyev bütün rəqiblərini məğlub edərək finalda bir-birləri ilə görüşdülər. İki azərbaycanlı cüdoçunun yarışdığı finalda Turan Bayramov Samir Piriyevə qalib gəldi və beynəlxalq turnirlərdən bu ilin ilk qızıl medalını ölkəmizə gətirdi.

Ümumilikdə, 1 qızıl və 1 gümüş medal qazanan Azərbaycan yığma komandasının üzvləri Açıq Avropa turnirini 7-ci yerdə başa vurublar.

Son yazılar

Yuxarı