Naxçıvanın "Araz" klubunun bərpası və yeni mövsümdə I Divizonda çıxış edəcək komandanın yenidən çempionata dönüşü heç də hər kəsin ürəyindən deyil.
Korner.az-ın məlumatına görə, məsələ burasındadır ki, ev oyunlarını Naxçıvanda keçirəcək "Araz"ın bu istəyinə I divizon klubları narazıdı. Təsadüfi deyil ki, növbəti mövsümdən etibarən I Divizionda çıxış etməyi planlaşdıran təxminən 7-8 klub artıq rəsmən PFL-ə müraciət edərək, Naxçıvana getməyə pullarının olmadığını və Ramin Musayevin bunu nəzərə almalı olduğunu bildiriblər.
Naxçıvana yalnız təyyarə ilə getməli olacaq klublar bu vəsaiti tapa bilməyəcəklərini açıq-aşkar bildiriblər.