Açılış oyununun ən yaxşı futbolçusu
21.11.2022 , 15:37

DÇ-2022-nin Qətər – Ekvador açılış matçının (0:2) ən yaxşı oyunçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, Ekvador millisinin kapitanı Enner Valensiya görüşün ən yaxşısı seçilib. “Fənərbaxça”nın futbolçusu sözügedən görüşdə dubla imza atıb. O, 16 (penalti) və 32-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, E.Valensiya görüşün 4-cü dəqiqəsində də qol vurmuşdu. Ancaq VAR-a baxıldıqdan sonra qol ləğv olunmuşdu.
