ACF turunun birinci turniri başa çatıb
19.04.2023 , 20:20

Kişilər arasında ACF turunun birinci turniri başa çatıb.
Korner.az xəbər verir ki, 19 aprel tarixibdə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun birinci turniri keçirilib.
Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 27 klub, cəmiyyət və idman təşkilatından olan 80 cüdoçu tatamiyə çıxıb. Turnirdə idmançılar -60 kq., -66 kq., – 73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində medallar uğrunda mübarizə aparıb.
Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançı 22-24 sentyabrda keçiriləcək Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaq.
Medalçıların siyahısını təqdim edirik:
-60 kq.
1. Kənan İsmayılov
2. Nazir Talıbov
3. Əhməd Yusifov
3. Rövşən Əliyev
-66 kq.
1. Ruslan Paşayev
2. Kəramət Hüseynov
3. Tofiq Əliyev
3. Yaşar Nəcəfov
-73 kq.
1. Rəşid Məmmədəliyev
2. İbrahim Əliyev
3. Nurlan Osmanov
3. Rüfət Şovlatov
-81 kq.
1. Zelim Tçkayev
2. Məmmədrza Hacızadə
3. Məhərrəm İmamverdiyev
3. Kərim Allahverdiyev
-90 kq.
1. Elcan Hacıyev
2. Musa Hüseynli
3. Nihad Şıxəlizadə
3. İbrahim Ağakişiyev
-100 kq.
1. Adil Kərimli
2. Aslan Mirzəyev
3. Ruslan Nəsirli
+100 kq.
1. Camal Qamzatxanov
2. Sabir İsayev
3. Toğrul Salmanov
3. Qurban Məmmədli
