AÇ-2022-nin məkanı bilindi
26.09.2019 , 19:00

Futzal üzrə 2022-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsini təşkil edəcək ölkə müəyyənləşib.
Korner.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilmiş iclasında Niderlandın evsahibliyi təsdiqlənib.
Həlledici mərhələnin oyunları 2022-ci il 19 yanvar 6 fevral tarxilərində bu ölkədə keçiriləcək.
İlk dəfə AÇ-nin finalında 16 komanda iştirak edəcək. Görüşlər Amsterdam Arena və Qroninq Arenada keçiriləcək. Seçmə mərhələnin oyunları isə 29 yanvar 2020-ci ildən başlayacaq və 2021-ci ilin oktyabrında yekunlaşacaq.
