Futzal

AÇ-2022: Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

02.09.2020 , 16:20

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında futzal üzrə AÇ-2022-nin seçmə mərhələsinin püşkü atılıb.

Korner.az xəbər verir ki, püşkatma zamanı A səbətində yer alan Azərbaycan yığması 3-cü qrupda Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə mübarizə aparacaq.

Bu mərhələnin yekununda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci il noyabrının 14-də və 17-də keçiriləcək. AÇ-2022-nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.

AÇ-2022-nin seçmə mərhələsi
3-cü qrup

Türkiyə/Yunanıstan

Azərbaycan

Slovakiya

Moldova

Oyun günləri

2-11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)

6-9 dekabr 2020

25 yanvar-3 fevral 2021

1-10 mart 2021

5-14 aprel 2021

Son yazılar

Yuxarı