Bu gün Avropa çempionatında ikinci tura start veriləcək.
Korner.az-ın məlumatına görə, gün ərzində üç qarşılaşma baş tutacaq ki, bunlardan ikisi A qrupunda, biri isə B qrupunda baş tutacaq.
İlk olaraq meydana Rusiya və Slovakiya milliləri çıxacaqlar. İlk turda İngiltərə ilə heç-heçəyə nail olaraq hər kəsi təəccübləndirən şimal qonşularımız turnirə məğlubiyyətlə start verən Slovakiya qarşısında da uğurlu gedişini davam etdirmək istəyəcək. Leonid Slutskinin yetirmələri qarşılaşmadan 3 xal ilə ayrılsalar, qrudan çıxmaq üçün yaxşı şans əldə edəcəklər. Rəqib isə ilk matçdakı məğlubiyyətdən sonra iddiasını davam etdirmək üçün bu oyuna mütləq qələbə parolu ilə çıxacaqlar.
Avropa çempionatı
Qrup mərhələsi, II tur
15 iyun
B qrupu
17:00. Rusiya – Slovakiya – 1:2
Rusiya: 1. İqor Akinfeyev (q), 3. İqor Smolnikov, 4. Sergey İqnaşeviç, 5. Roman Noyştader, 9. Aleksandr Kokorin, 10. Fyodor Smolov, 13. Aleksandr Qolovin, 14. Vasili Berezutski (k), 17. Oleq Şatov, 21. Georgi Şennikov, 22. Artyom Dzyuba
Ehtiyat oyunçular: 12. Yuri Lodıgin (q), 16. Gilyerme (q), 2. Roman Şişkin, 6. Aleksey Berezutski, 7. Artur Yusupov, 8. Denis Qluşakov, 11. Pavel Mamayev, 15. Roman Şirokov, 77, 18. Oleq İvanov, 19. Aleksandr Səmədov, 20. Dmitri Torbinski, 23. Dmitri Kombarov
Slovakiya: 23. Matus Kozaçik (q), 2. Peter Pekarik, 3. Martin Şkrtel (k), 4. Yan Duriça, 7. Vladimir Vayss, 8. Ondrey Duda, 15. Tomaş Huboçan, 17. Marek Hamşik, 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Viktor Peçpkovski
Ehtiyat oyunçular: 1. Yan Muxa (q), 12. Yan Novota (q), 5. Norbert Gyomber, 6. Yan Qrequs, 9. Stanislav Şestak, 10. Miroslav Stox, 11. Adam Nemeç, 13. Patrik Hrosovski, 14. Milan Skriniar, 16. Kornel Salata, 18. Duşan Svento, 21. Mixal Duriç
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Juq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Lill Metropol, "Stad Pyer Mauro"
