“Avro-2016″nın “pley-off” mərhələsinin iki oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına görə, noyabrın 12-i keçiriləcək Norveç – Macarıstan matçı ingiltərəli Mark Klattenburqə tapşırılıb. Ona Simon Bek, Cek Kollin kömək edəcək. Dördüncü hakim funksiyasını isə Simon Bennett yerinə yetirəcək.
Noyabrın 13-ü keçiriləcək Bosniya və Herseqovina – İrlandiya görüşü isə almanıyalı Feliks Brixə həvalə olunub. Ona Mark Borş və Stefan Lupp köməklik edəcək. Qarşılaşmanın dördüncü hakimi Torsten Şiffner olacaq.
