big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

AÇ-2016: “Kaş baxmazdım…” hissini yaradan 5 oyun – YAZI

26.06.2016 , 11:22

Fransada keçirilən Avropa çempionatında artıq ilk ¼ finalçılar məlumdu. Bugünə qədər turnirdə bir sıra maraqlı qarşılaşmalarla yanaşı, həm də sıxıcı oyunlar da baş tutub. “Baxmasam, daha yaxşı idi” dediyimiz oyunlar haqda söhbət açaq:

5. İtaliya – İsveç – 1:0

Bu çempionatda italyanlar öz ənənəvi üslubu ilə diqqət çəkir. Komanda müdafiə futbolu oynayır və rəqibin hücum etməsinə böyük ölçüdə mane olur. Zlatan İbrahimoviçli İsveç yığması 90 dəqiqə ərzində bir dəfə belə olsun Buffonun qoruduğu qapıya dəqiq zərbə endirə bilmədi. İtalyanlar isə yalnız 82-ci dəqiqə də aktivləşdi – öncə Cakkerini topu qapı dirəyinə nişan aldı. Daha sonra isə Eder matçdakı yeganə qolun müəllifi oldu.

4. Slovakiya – İngiltərə – 0:0

Qəret Beyl və komanda yoldaşları Rusiyanı darmadağın etdiyi turda ingilislər slovaklarla qarşlaşırdı. Hər kəs “Dumanlı Albion”dan qələbə gözləsə də, ingilislər istənilən oyunu göstərmədi. Ruslarla oyunda Hamşikin gözəl oyunundan bu matçda əsər qalmamışdı. Roy Hodsonun komandası rəqib qapısına 30 zərbə endirsə də, yalnız 5-i qapı çərçivəsini tapmışdı. Nəticədə, Uels yığması ingilisləri qabaqlayaraq qrupu lider kimi başa vurdu.

3. Xorvatiya – Portuqaliya – 0:1 (Ə.V.)

1/8 final mərhələsinin maraqla gözlənilən oyunlarından biri azarkeşlərin ümidini doğrultmadı. Stadiondan və TV qarşısından oyunu izləyənlər qapı çərçivəsinə gedən ilk zərbə üçün 117 dəqiqə gözləməli oldular. Bu da Ronaldonun qapıçıya, Quarejmanın isə qapı toruna tuş gəldiyi epizod idi. Demək olar ki, cəmi bir epizod Portuqaliyanı ¼ finala çıxardı

2. İsveçrə – Fransa – 0:0

Doğma divarlar fransızlara istənilən səviyyədə oynamağa kifayət etmir. Öz qələbələrini sıralaya bilməyən Fransa, adətən son dəqiqələrdə arzusuna çatır – Albaniya və Rumıniya ilə matçdaki kimi. Son oyuna qədər 6 xal yığmış Didye Deşam ən güclü futbolçularını ehtiyatda saxlayıb Koman, Jinyak və Kabaye kimi oyunçulara şans verdi. Nəticədə fransızlar turnirdə ən bərbad oyunlarını (hələki) oynadılar. Bu nəticəni hətta Dmitri Paye də xilas edə bilmədi.

1. Almaniya – Polşa – 0:0

İlk turda şimali irlandları məğlub edən polşalılar, Ukrayna yığmasından üstün olan Almaniya ilə qarşılaşırdı. Bu oyunda sülh bağlamaq qrup liderini son turda müəyyən etmək üçün hər iki komandaya sərf edirdi. Nəticədə azarkeşlər qapı çərçivəsinə gedən cəmi 3 zərbə izləyə bildi. Bu nəticə həm də, iki turdan sonra ukraynalıların taleyinə aydınlıq gətirdi. Komanda vətəninə ən birinci dönən kollektiv oldu.

 

Mustafayev Ceyhun

Korner.az

 

Son yazılar

To Top