Abubakar ərəblərin hədəfində
10.07.2024 , 14:30

“Beşiktaş”dan ayrılacağı gözlənilən Vinsent Abubakarla bağlı diqqətçəkən iddia ortaya atılıb.
Korner.az xəbər verir ki, futbolçu ilə Səudiyyə Ərəbistanın klubunun maraqlandığı bildirilir.
Adı açıqlanmayan ərəb klubu Abubakara 3 milyon avrodan çox maaş təklif edib.
Kamerunlu hücumçunun isə bu təklifi qəbul etmədiyi bildirilib.
32 yaşlı futbolçu ötən mövsüm “Beşiktaş”ın heyətində 32 rəsmi matçda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
