FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların ölkəmizə gəlişi davam edir.
Korner.az– ın məlumatına görə, Azərbaycana təşrif buyuran növbəti komandalar ABŞ və Fransa yığmaları olub.
Dünya çempionatının rəsmi talismanı Top Top Qız bu dəfə də qarşılama ənənəsinə sadiq qalaraq, qonaqları hava limanında qarşılayıb və onlara gül buketləri təqdim edərək qonaqpərvərliyini nümayiş etdirib. Daha sonra qrup şəkli çəkdirən ABŞ və Fransa milli komandasının oyunçuları və nümayəndə heyəti kiçik fotosessiyanın ardından qalacaqları otelə yola düşüblər
