ABŞ millisinin üzvü “Beşiktaş”da
11.07.2019 , 14:24
“Beşiktaş” növbəti transferini reallaşdırır.
Korner.az “Fanatik”ə istinadən xəbər verir ki, “qara qartal” Portuqaliyanın “Vitoriya” klubundan Tayler Bondu transfer edib. Amerikalı futbolçunun keçidi Türkiyə klubun 2.5 milyona başa gəlib. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ABŞ millisin üzvü ötən mövsümün ikinci yarısını “Ankaragücü”ndə keçirib. 24 yaşlı cinah futbolçusu 14 oyuna 6 qol vurub, 4 assist edib.
