ABŞ klubundan ayrılır, “Fənərbağça”ya qayıdır
12.06.2025 , 12:14

“Los Anceles” “Fənərbağça”dan icarəyə götürdüyü Cengiz Ünderi komandada saxlamayacaq.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
MLS təmsilçisi 27 yaşlı vinger üçün 25 milyon dollar ödəmək istəməyib.
Cengiz ABŞ klubunun heyətində meydana çıxdığı 15 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
