“Mançester Siti”nin futbolçusu Samir Nəsri gələcək karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, fransız futbolçu “Sport Magazine” açıqlamasında Amerikada oynamaq istədiyini bildirib:
“Fransa yalnız “Marsel”də oynayaram. Ancaq o komandaya dönmək ehtimalım yoxdur. Amerikada oynamaq istəyirəm. Oradakı həyat tərzinə heyranam. “Nyu-York” və ya Los-Angeles olsun, fərq etməz. Böyük şəhər olması kifayətdir”.
Qeyd edək ki, Frank Lempard və David Vilyanın çıxış etdiyi “Nyu-York Siti” klubunun Nəsri ilə yaxından maraqlandığı iddia olunur.
