“DÇ-2014″də Portuqaliya ilə qarşılaşacaq ABŞ millisi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın hücumçusu Cozi Altidor zədə səbəbindən Portuqaliya ilə görüşdə forma geyinə bilməyəcək.
ABŞ Futbol Federasiyasının rəsmi saytında Altidorun zədəsinin ciddi olduğu və gələn oyunda risk edilməyəcəyi bildirilib. Lakin Qana ilə oyunda (2:1) bud nahiyyəsindən zədələnən futbolçunun qrupun son matçında, Almaniyaya qarşı oynaya biləcəyi ehtimal olunur.
