Premyer Liqada növbəti istefa
Çempionlar Liqasının 5-ci turu çərçivəsində səfərdə "Yuventus"a biabırçı şəkildə uduzan (0:3) "Çelsi"nin baş məşqçisi Di Matteo istefaya göndərilib.
Korner.az-ın məlumatına görə, Premyer Liqada uğursuzluqdan heç cür komandanı çıxarda bilməyən italyan çalışdırıcı ÇL-də də bu işinin öhdəsindən gələ bilməyincə işindən azad edilib.
Turin təmsilçisinə ÇL-də məğlub olmaqla işini bir qədər də çətinləşdirən London klubunun boş qalmış baş məşqçi postuna yeni namizədlər sırasında Rafael Benitez və Pep Qvardiola göstərilir.
