Avropa Superkubokun finalında het-triklə yadda qalan "Atletiko" (Madrid) klubunun hücumçusu Radamel Falkao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Korner.az– ın məlumatına görə, "Çelsi"nin sahibi Roman Abramoviç kolumbiyalı futbolçunun transferi üçün "Atletiko"ya fantastik məbləğ 56 milyon avro təklif edib.
Futbolçu da "Çelsi"nin təklifini müsbət qarşılayıb. Tərəflər arasında razılıq əldə olunarsa, Falkao yanvar ayından "Çelsi"nin şərəfini qoruyacaq.
Qeyd edək ki, ötən mövsüm "Porto"dan "Atletiko"ya transfer edilən Falkao keçirdiyi 38 oyunda 30 qola imza atıb.
