"Monako"nun baş məşqçisi Klaudio Ranyeri rusiyalı milyarder Roman Abramoviçin "Çelsi"ni almasında rolunun böyük olduğunu bildirib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o bildirib ki, Abramoviç "Çelsi"ni almamışdan bir il öncə o klubu Çempionlar Liqasın çıxartdı və məhz bu hadisə rusiyalı milyarderdə kluba maraq oyatdı.
Xatırladaq ki, italyalı mütəxəssis 2004-cü ildə "Çelsi"dən ayrılıb.
