İngiltərənin "Çelsi" klubunun sahibi, rusiyalı milyarder Roman Abramoviç Türkiyənin istirahət bölgələrindən biri Bodruma gedib.
Korner.az-ın məlumatına görə, "zadəganlar"ın sahibi Ukraynanın “Metallist” klubunun prezidenti Aleksandr Yaroslavsk, 9 yaşlı oğlu və köməkçiləri ilə birgə şəhərin gəzintisinə çıxıb. Rus milyarder çayxanaların birində 1 fincan çay və iki simitə yeyib. Abramoviç bunlara görə 100 dollar ödəyib. O, daha sonra yerli balıqçılardan 30 kiloqrama yaxın balıq alıb.
