"Barselona"nın sol cinah müdafiəçisi Erik Abidal xəstəxanadan çıxıb.
Korner.az-ın məlumatına görə, həkim tərəfindən buraxılan fransalı futbolçu müayinəsinə evdə davam edəcək. Abidal aprel ayının 10 – dan bu yana xəstəxanada idi.
Qeyd edək ki, müdafiəçinin əməliyyatdan sonra profisyanal futbol karyerasını bitirəcəyi haqda söz-söhbətlər gəzirdi.