Abdullayevin komandasından səfər qələbəsi
04.01.2021 , 20:48

Türkiyə I Liqasında XVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor” səfərdə “Əskişəhərspor”a qalib gəlib – 2:0.
Araz da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
“Boluspor” hazırda 19 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
